Şəkidə mürəbbə qazanına düşən uşaq Bakıya göndərildi

Şəkidə mürəbbə qazanına düşən uşaq Bakıya göndərildi

Hazırda oxunan: Şəkidə mürəbbə qazanına düşən uşaq Bakıya göndərildi

105274

Bu gün Şəkinin Köndələn kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini 4 yaşlı Ömər Əlizadə mürəbbə bişirilən qaynar tiyana düşərək müxtəlif bədən xəsarətləri alıb.

Bizm.Media-nın yerli bürosuna fakrı Şəki rayon mərkəzi xəstəxanasında təsdiqləyiblər.

Bildirilib ki, mürəbbə tiyanına yaxılaraq müxtəlif bədən xəsarətləri alan Ömərə ilkin tibbi yardım göstərilib. Həkimlər ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub.

4 yaşlı uşağın vəziyyəti nəzərə alınaraq, onun paytaxt xəstəxanalarından birində müalicə və müayinə edilməsi məqsədə müvafiq sayılıb və təcili olaraq Bakıya göndərilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO