Şəkidə hafizlik mərasimi keçirildi, məzunlar təltif olundu - FOTO 

Şəkidə hafizlik mərasimi keçirildi, məzunlar təltif olundu - FOTO 

Hazırda oxunan: Şəkidə hafizlik mərasimi keçirildi, məzunlar təltif olundu - FOTO 

105261

Şəkidə İslam Kollecinin təşkilatçılığı ilə XI ənənəvi hafizlik mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsindən, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsindən, Gəncliyə Yardım Fondundan, Türkiyənın Azərbaycandakı səfirliyinin Din müşavirliyindən, Şəki Şəhər İcra Hakimiyyətindən və digər qurumlardan qonaqlar iştirak edib.

Tədbir, Şəki İslam Kollecinin Qurani-Kərim müəllimi, Şəki Mərkəzi Cümə Məscidinin müəzzini Tural Məmmədovun Quran oxuması ilə başlayıb, qonaqların çıxışı və xeyir-duaları ilə davam edib.
Çıxışlarda din və əxlaq məsələləri önə çəkilib, gənc din xadimlərinin üzərinə böyük vəzifə düşdüyü xatırladılıb.

Qeyd olunub ki, 2020-ci ildə Ermənistan üzərindəki şanlı qələbəmizi həzm edə bilməyən bir çox ölkələr var və onlar din pərdəsi altında ölkəmizə qarşı kompaniyalar aparır, dini bilgiləri zəif olan insanları ətrafına çəkməklə təxribatlar yaratmaq istəyirlər.

Bu baxımdan gənc din xadimləri hər zaman ayıq-sayıq olmalı, xalq arasında belə təxribatlara qarşı ciddi mövqe sərgiləməlidirlər.

Sonda məzunlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “Hafizlik diplomu” və dəyərli hədiyyələr təqdim olunub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO