Bu gün isə Rəhim Qazıyev redaksiyamızla əlaqə saxlayaraq həmin hadisə haqqında danışmaq istədiyini bildirib, ona da cavab haqqı tanınmasını istəyib.
Moderator.az-a Rəhim Qazıyeva cavab haqqı tanıyaraq onun fikirlərini bəzi kəskin ifadələri çıxarmaqla təqdim edir:
"Aslan İsmayılov, prezidentə ünvanladığınız videomüraciəti diqqətlə izlədim. Əlbəttə razılaşıb-razılaşmadığım xeyli məqamlarla zəngin olan bu müraciətinizi, ümumən bəyənmədim desəm səmimi olmaram. Danışdıqlarınızın istər tarixin, istərsə də çağdaş zamanımızın analiz və təhlilli baxımdan kifayət qədər aktual xarakter daşıdığını da vurğulamağı özümə borc bildim. Çoxlarından fərqli olaraq, mən heç zaman nə yaxşı olana pis dedim, nə də şəxsi münasibərlərə görə, kimlərinsə haqqını dandım. Bir sözlə, bu müraciətinizi ümumən bəyəndiyimi və çox lazımlı bir iş gördüyünüzü bildirməklə, vətəndaş mövqeyinizi alqışlamaq istərdim...
... amma bir halda ki, belə bir aktual və zaman baxımından çox önəmli müraciətinizdə, yenə də mənim adımı halandırıb, barəmdə xoşagəlməz və bir az da örtülü ittihamlar səsləndiribsiniz, o zaman bəzi şeyləri də mən söyləmək və həm sizin özünüzə, həm də cəmiyyətə xatırlatmaq istəyirəm. Özünüzün də etiraf elədiyiniz kimi, o zaman Milli Məclisdə mənim haqqımdakı çıxışınız ictimai rəydə vətəndaş narahatlığından daha çox şəxsi maraqlarınızı təmin etmək istəyi kimi qarşılanıb. Və indiki danışığınızdan belə başa düşdüm ki, günü bu gün də həmin çıxışınızdan nəinki peşmançılıq hissi keçirmir, əksinə bu çıxışınızı ömrünüzün şərəf aktivində görürsünüz. Odur ki, istər-istəməz insanın ağlına gələn bir-iki məqamı qeyd edərək, dediyim kimi sizə də, cəmiyyətə də xatırlatmaq istəyirəm.
Beləliklə, Aslan İsmayılov, müxtəlif dövr və dönəmlərdə hakimiyyətlərin ya tamam sarsıldığı, ya da dağılma nöqtəsinə gəldiyində, zamanı doğru qiymətləndirərək bəlağətli ritorikasını işə salmaqla yaxşı oğlan kimi ortalığa çıxan personaları tarix çox görüb. Bu zaman yeganə məqsəd də yaranmış vəziyyətdən istifadə etmək olur. Sizin, onda da, indi də ortaya çıxdığınız zamanın nə qədər oxşar olduğunu və hakimiyyətin, onda da, indi də kökündən sarsılaraq yenilənməyə hamilə olduğunu hər kəs görür. Amma, Sizin, sıradan bir siyasət adamı və ya diletant bir məmur deyil, kifayət qədər savadlı və populyar bir hüquqşunas olduğunuzu nəzərə alsaq, o zamankı və indiki ritorikanızın aldadıcı manevrlərlə dolu olduğunu görməmək mümkün deyil. Bütün hallarda, bugünkü çıxışınız, hələ xeyli müzakirələr və mübahisələrlə müşayiət olunan polemikalar doğuracaq. Amma, o zaman, mərhum Heydər Əliyevin hüzurunda elədiyiniz çıxış birbaşa mənimlə bağlı olduğundan, bu haqda bəzi məsələlərə mütləq aydınlıq gətirilməlidir. Birincisi, burada söhbət ondan gedir ki, elə bir kritik zamanda, sizin nələrdən və necə danışacağınızı bilməsəydi, kifayət qədər təcrübəli bir siyasət və dövlət adamı olan Heydər Əliyev dünyasında sizi o trubunaya buraxmazdı. Bu mənada, indi sizin burda nə deməyinizdən, o tribunada necə peyda olmanıza hansı donu geydirmənizdən asılı olmayaraq, sona qədər səmimi olmanıza, heç ibtidai sinif şagirdləri də inanmaz. İkincisi də, orda mənim barəmdə səsləndirdiyiniz irad və ittihamları, ağlı başında olan bir hüquqşünas nəinki dilinə gətirə, heç bu haqda düşünə də bilməzdi. Sizin orda ritorikanızın bütün bəlağəti ilə, ən müdhiş fantaziyaları belə üstələyən “cinayətlər”x9ddən necə bəhs etdiyinizi təkrar edərək, nə sizin vaxtınızı almaq, nə də oxucuları yormaq istəyirəm. Zatən, sizin o çıxışınıza “Youtube”x9ddə yüz minlərlə insan baxıb. Bu qədər heç bir əsli-astarı olmayan yalanları həqiqət və “artıq sübuta yetirilmiş cinayətlər”x9d kimi, parlament tribunasından səsləndirən adam, indi peyğəmbər əbasına bürünsə belə, nə işə yarar ki? O dediyiniz “sübuta yetirilmiş cinayətlər”x9d bəs sonralar hara yoxa çıxdı, Aslan İsmayılov?! Bəs siz özünüz niyə “Rəhin Qazıyevin cinayətlər dosyesi”x9d ilə aylar-illər davam edən məhkəməyə gəlmədiniz. Çünki, siz də, sizi danışdıranlar da, bilirdiniz ki, danışdıqlarınızın bircə vergülünün belə həqiqətlə yaxın-uzaq əlaqəsi yoxdur. Amma bir şeyi düz deyirsiniz ki, o çıxışınızın mətnini də, məzmununu da Heydər Əliyevlə razılaşdırmamış və o zaman Heydər Əliyevlə görüşməmişdiniz belə. Çünki Heydər Əliyev bu çür yaş işlərin altına öz barmağını qoyacaq qədər sadəlövh biri deyildi. Lakin bu çıxışınızda, İlham Əliyevin özünü şahid kimi göstərməniz sübut edir ki, sizin o çıxışınız əvvəlcədən hazırlanmış məqsədli bir çıxış idi və ən azı, indiki prezidentin o məsələdən xəbəri olub. İndi isə bircə onu aydınlaşdırmaq qalır ki, siz bu nüansı prezidentə xatırlatmaqla, səmimi etirafdamı bulunursunuz, yoxsa, İlham Əliyevə qarşı örtülü şantaj metodundan yararlanmaqmı istəyirsiniz?!
Hər nədisə, özünüz bilərsiniz, burası ilə mənim işim yox, amma boynunda o boyda günah olan birinin bu günahdan tövbə etmədən çıxıb kimsəyə hüquq dərsi keçmək, dövlət və millət maraqlarından danışmaq haqqı yoxdu. O zaman belə çıxır ki, Aslan İsmayılov başlanğıcını otən əsrin 90-cı illərindən götürmüş “Möcüzələr müstəvisi”x9dndə bəxtini yenidən sınamaq istəyinə düşüb. Niyə də yox ki, indi də ondakı kimi hakimiyyət daxilində yaranmış acınacaqlı situasiya nəticəsində, xeyli vəzifələr artıq boşalıb və hələ nə qədər qoltuqların boş qalacağı bəlli deyil. O baxımdan, “möcüzələr müstəvisi”x9dndə, bəlağətli ritorika ilə peyda olmanın və bunu üçün qeyri-adi yollardan yararlanmanın tam zamanıdır. Amma, Aslan İsmayılov, lap nazir olsan, hətta prezident kürsüsündə otursan belə, boynundakı o günahın səni qarabaqara izləyəcəyini bilmən gərəkir. Çünki, nə qədər nazilsə də həqiqətin sındığını, nə qədər bəlağətə bürünsə də yalanın ayaq tutub yeridiyini görən olmayıb. Son həftələr və aylarda baş verənlər də bunu birbaşa sübut edir".






























































































