Sumqayıtda zəhərlənərək ölən azyaşlılar barədə AQTA-dan AÇIQLAMA  

Sumqayıtda zəhərlənərək ölən azyaşlılar barədə AQTA-dan AÇIQLAMA  

Hazırda oxunan: Sumqayıtda zəhərlənərək ölən azyaşlılar barədə AQTA-dan AÇIQLAMA  

105139

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar tərəfindən noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparılıb.

Nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-nın  məlumatında bildirilib.

Bildirilib ki, hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda iki azyaşlı bacının ölüm səbəbi məlum oldu


AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır.

Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO