Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

105073

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən verdiyi məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa monitorinq zamanı dəfələrlə barəsində tədbir görülməsinə baxmayaraq özünəməxsus avtomobilin dövlət qeydiyyat nişanını müxtəlif vasitələrlə gizlədən sürücülər bu dəfə də məsuliyyətə cəlb olunub.  

Polis əməkdaşları tərəfindən sürücülərlə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO