Bakı-Sumqayıt elektrik qatarlarındakı gecikmənin səbəbi açıqlandı

Bakı-Sumqayıt elektrik qatarlarındakı gecikmənin səbəbi açıqlandı

Hazırda oxunan: Bakı-Sumqayıt elektrik qatarlarındakı gecikmənin səbəbi açıqlandı

104901

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Belə ki, səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub.

Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib.

Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO