İlkin Süleymanovun məhkəməsində mübahisə düşdü

İlkin Süleymanovun məhkəməsində mübahisə düşdü

Hazırda oxunan: İlkin Süleymanovun məhkəməsində mübahisə düşdü

104892

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə videogörüntülər nümayiş etdirilib. 

Həmin videogörüntülərdən biri qoyunun yandırılması, digəri isə İlkin Süleymanov ifadə verərkən lentə alınmış videogörüntülər olub.
İstintaq zamanı eksperiment məqsədilə qoyuna insan paltarı geyindirilib və yandrılılıb. Birinci dəfə qoyunun üstünə neft tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb. 


Bu zaman görüblər ki, qoyunun arxa hissəsi yanmayıb.  Ona görə qoyunu ikinci dəfə yandırıblar. Amma yenə də arxa hissə yanmayıb. 
Məhkəmədə həmçinin İlkin Süleymanovu hadisə yerinə gətirib, orada lentə alınmış görüntülər də nümayiş olunub.

Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov özü bir sıra məsələri aydınlaşdırmaq istəyiblər. Hakim Dadaş İmanov buna imkan verməyib. 

Hakim deyib ki, vəkillər bunları məhkəmə prosesinin sonunda aydınlaşdırmalıdır. Bu da vəkillərin etirazına səbəb olub. Buna görə də prosesdə mübahisə yaranıb. 

Vəkillər hakimi ttiham və müdafiə tərəfinə bərabər şərait yaratmamaqda günahlandırıb. Bu üzdən məhkəmə prosesində qalmaqal yaşanıb. 
Növbəti proses noyabrın 21-də davam edəcək. 


İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Eldar Məmmədli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO