“Ən yaxşı tank bölüyü” yarışı keçirilir - VİDEO

“Ən yaxşı tank bölüyü” yarışı keçirilir - VİDEO

Hazırda oxunan: “Ən yaxşı tank bölüyü” yarışı keçirilir - VİDEO

104832

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər. Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO