Dünən saytımızda keçmiş maliyyə naziri Saleh Məmmədovun Azərbaycanı dünya birinciliyinə çıxaracaq konkret təklifləri ilə bağlı yazı yayımlamışdıq.
Həmin yazını burdan oxuya bilərsiniz:
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov həmin yazıya münasibət bildirib.
Şahlar Əsgərovun Moderator.az -a göndərdiyi yazını olduğu kimi təqdim edirik:
"Dəyərli prof. Saleh Məmmədovun qaldırdığı məsələ, onun həll yolları və təklifləri fikrimcə çox əhəmiyyətlidir. Azərbaycanın çiçəklənməsi üçün hər xırda şeyin nə qədər böyük əhəmiyyəti olduğunu görürük. Hesab edirəm ki, bu təkliflər reallaşması həm biznes, həm də sənaye istehsalı üçün çox vacibdir. Mən ölkənin iqtisadiyyatının biznes üzərində qurulmasından daha çox, sənaye istehsalına üstünlük verərdim. Bunun səbəbi çoxdur. Qısaça onu qeyd edim ki, biznesin və istehsalın yaratdığı psixologiyalar çox fərqlidir. Sənayeçilərin istehsal etdiyi məhsul bu və ya başqa dərəcədə elmi tutumlu, innovativ olduğundan onlar savadlıları, alimi, müdrik adamları sevirlər, talantlı gəncliyə kömək edirlər. Dövləti, qanunçululuğu, təhsil və elmi üstün tutarlar. Ola bilsin ki. bu keyfiyyətlər biznes adamlarında da var, ancaq sənayecidə olan qədər ola bilməz. (Müşahidələr göstərir ki, təqdimatlar zamanı adətən sənayeçilərin yanında elm adamları, biznesmenlərin yanında isə dünya gözəlləri dururlar). İnkişaf etmiş Qərb dövlətlərinə baxsanız, onların dövlət idarəetmə maşınları bir birinə çox oxşardır. Onları bu hala sənaye istehsalının dəqiqliyi salıbdır. İqtisadiyyatını ticarət üzərində quran ölkələrin (İslam dünyası ölkələri) dövlət idarəetməsi çox rəngarəngdir. Sənayeçilər dəyişməz fundamental qanunlardan, biznesmenlər isə asan dəyişən humanitar qanunlardan istifadə etdirlər.
Bu ilin oktyabr ayının 28 -də Bakıda Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İctimai Elmlər Konqresi keçirildi. Plenar iclasda dinlənilən iki məruzədən biri mənim “İnkişafın zəruri və kafi şərti”x9d adlanan (məruzəni plenar iclasa saldığına görə rector prof. Ədalət Muradova dərin təşəkkürümi bildirirəm) məruzəm idi. Məruzədə Azərbaycanı və Türkiyəni dünya reytinq sıralarında inkişaf etmiş ölkələrin içərisində yer alması üçün nə etmək lazımdır? - sualına cavab verilirdi. Türkiyənin 12 Universitet rektorları iştirak etdiyi konqresdə inkişafın zəruri və kafi şərtlərini sölədim. Məmim düşüncələrimə görə inkişaf etmiş ölkələri sırasına çıxmaq üçün, zəruri şərt enerji ilə bağlıdır. Bunun üçün adam başına istehlak olunan enerji minimum 5000 kV. saat olmalıdır. Bu ilk baxışda inandırıcı görünməyə bilər. Ancaq həqiqət belədir və inkişaf (istehsal) üçün bu zəruri şərtdir. Atmosfer təzyiqi bizim həyatımız üçün nə qədər zəruridirsə, dövlətin qüdrətlənməsi üçün də enerji bir o qədər zəruridir. Kafi şərt insan inkişafı indeksi ilə (yəni təhsillə, mədəniyyətlə) bağlıdır. İnkişaf üçün enerjı, həyat üçün oksigen qədər vacibdir.
P.S. Enerji məsələsini gündəmə gətirdiyi üçün bir daha prof. S. Məmmədova minətdarlığımı bildirirəm.
Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi

































































































