Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib - YENİLƏNİB - FOTO

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib - YENİLƏNİB - FOTO

104666

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən üçotaqlı mənzildə baş verdiyi və genişlənərək daha geniş sahəyə yayılma, o cümlədən digər mənzillərə keçmə riskinin yüksək olduğu və bina sakinlərinin həyatı üçün təhlükə yaratdığı müəyyən edilib. 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər, o cümlədən xüsusi təyinatlı texnika – avtonərdivanın operativ tətbiqi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub. 
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 2-si uşaq olmaqla 12 nəfər təxliyə olunub. Yanğın baş verən və ümumi sahəsi 90kv.m olan mənzilin mətbəx-zalının döşəməsi 6kv.m sahədə, 1 ədəd pəncərə çərçivəsi və ev əşyaları 27kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

13.51

Paytaxtın Binəqədi rayonunda yaşayış binasında yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

13.32

Bakıda yaşayış binasında yanğın başlayıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub. 
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO