Qubanın Talabıqışlaq kəndində rayon rəhbərliyinin qəbulu keçirilib - FOTO 

Qubanın Talabıqışlaq kəndində rayon rəhbərliyinin qəbulu keçirilib - FOTO 

Hazırda oxunan: Qubanın Talabıqışlaq kəndində rayon rəhbərliyinin qəbulu keçirilib - FOTO 

104516

Qubanın Talabıqışlaq kəndində rayon rəhbərliyinin səyyar qəbulu keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin keçirdiyi qəbulda DTX-nin rayon şöbəsinin rəisi, rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, ayrı-ayrı təşkilat, idarə, müəssisə rəhbərləri, iştirak edib.

Talabıqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləri əsasən yol və internetlə bağlı problemlərini diqqətə çatdırıblar.

Talabı kəndindəki şagirdlərin Talabıqışlaq kənd tam orta məktəbinə daşınması üçün avtobusun təşkil edilməsi barədə də məsələ qaldırılıb.  

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən məsələlərin həlli istiqamətində müvafiq idarə rəhbərlərinə tapşırıq verib və məsələlərin həllinin nəzarətdə saxlanılacağını bildirib.  
Səyyar qəbuldan sonra Quba İcra Hakimiyyətinin başçısı və digər rəsmilər Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Talabıqışlaq kəndində yeni inşa edilmiş tibb məntəqəsindəki şəraitlə tanış olub.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO