Bir ailə 820 manata dolana bilərmi? - Ekspert deputatı DƏSTƏKLƏDİ 

Bir ailə 820 manata dolana bilərmi? - Ekspert deputatı DƏSTƏKLƏDİ 

Hazırda oxunan: Bir ailə 820 manata dolana bilərmi? - Ekspert deputatı DƏSTƏKLƏDİ 

104477

Milli Məclisin deputatı Vahid Əhmədov Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında təklif edib ki, minimum əmək haqqı 500 manata qaldırılsın.

Təkliflə bağlı Bizim.Media-ya fikirlərini bölüşən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, minimum əmək haqqını qaldırsaq, inflyasiyadan əziyyət çəkən əhalinin əsas hissəsinin gəlirlərini kompensasiya edə bilərik:

“Azərbaycanda orta statistik ailə 4 nəfərdən ibarətdir. İşləyən iki valideyn minimum əmək haqqı olaraq birlikdə 600 manat alırsa, bu rəqəm adambaşına 4 nəfərlik minimum istehlak səbətinə çatmır. Minimum istehlak səbəti 205 manatdır.
 

MÖVZU İLƏ BAĞLI:

Vahid Əhmədovdan ehtiyac meyarının artırılmasına MÜNASİBƏT – “Ciddi qiymət artımı gedir”


Deməli, bu minvalla 4 nəfərlik ailənin minimum istehlak səbəti hardasa 800 manata yaxın olmalıdır. Fikrimcə, minimum əmək haqqı məhz bu amilə uyğun olaraq nəzərə alınmalıdır. Yəni, iki valideynin aldığı minimum əmək haqqı 4 nəfərin minimum istehlak səbətinin xərclərinə bərabər olmalıdır”. 

İqtisadçı qeyd edib ki, minimum əmək haqqı qaldırılarsa, inflyasiya fonunda əhalinin gəlirlərinin kompensasiya edilməsi məsələsi öz həllini tapar:

“Bunu etmək mümkündür. Çünki minimum əmək haqqı başqa heç bir xərclərdə istifadə edilmir. Bahalaşan qiymətləri cilovlaya bilmirlər. İnflyasiya şəraitində onun cilovlanması tədbirlərdən biridir, digər tədbir isə həmin şəraitdə əhalinin gəlirlərinin nominal şəkildə bərpa olunmasıdır. Bu məntiqlə minimum əmək haqqını qaldırsaq, inflyasiyadan əziyyət çəkən əhalinin əsas hissəsinin gəlirlərini də kompensasiya edə bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO