Paytaxtda ağacları qanunsuz köçürən şəxs cərimələndi

Paytaxtda ağacları qanunsuz köçürən şəxs cərimələndi

Hazırda oxunan: Paytaxtda ağacları qanunsuz köçürən şəxs cərimələndi

104472

Bakıda ağacları qanunsuz köçürən şəxs cərimələnib.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO