Ramil Usubov deputat oğluna vəzifə verdi...

Ramil Usubov deputat oğluna vəzifə verdi...

Hazırda oxunan: Ramil Usubov deputat oğluna vəzifə verdi...

104383
Moderator.az-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərovun tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edildiyi barədə məlumat yayılmışdı. Ancaq yayılan bu məlumatı Q.Qələndərov təkzib etmişdi. Avtosfer.az-a açıqlamasında Q.Qələndərov hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsində işini davam etdirdiyini və yayılan xəbərin əsası olmadığını iddia etmişdi.
xa0
Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO