Xəzərdə ekoloji monitorinqlər aparılır - FOTO

Xəzərdə ekoloji monitorinqlər aparılır - FOTO

Hazırda oxunan: Xəzərdə ekoloji monitorinqlər aparılır - FOTO

104309

Xəzər dənizində ekoloji monitorinqlər aparılır. 

Bu barədə Bizim.Media Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir. 

Bildirilib ki, nazirliyin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində 4 noyabr tarixindən monitorinqlərə başlayan ekspedisiya qrupu bugünədək Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib. 

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya zamanı 17 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb. 
Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər noyabrın 17-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə “Səngəçal-Duvannı-Xərə-Zirə” və “8 mart” yataqlarında aparılacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO