Qubada qəbir qazılanda nə tapılıb? - ÖZƏL/FOTO 

Qubada qəbir qazılanda nə tapılıb? - ÖZƏL/FOTO 

Hazırda oxunan: Qubada qəbir qazılanda nə tapılıb? - ÖZƏL/FOTO 

104302

Qubanın Digah kənd qəbristanlığında dünyasını dəyişmiş şəxsə qəbir qazılarkən aşkar edilən divarın yanından başı  kəsilmiş saxsı qab,saxsı qab parçaları və yarı bölünmüş dəyirman daşı tapılıb. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin Quba rayonu üzrə nümayəndəsi Rüstəm Məlikov özəl olaraq açıqlama verib.

Onun sözlərinə görə, tapıntı barədə qəbristanlığa nəzarət edən şəxs quruma məlumat verib.

Rüstəm Məlikov məlumat verdi ki, tapılan sübutların hansı dövrə aid olmasını ayırd və yerində müşahidə eləmək üçün Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropolgiya İnstitutuna məlumat veriləcək. 
Arxeoloqların baxışından sonra tapılmış əşyalar Quba tarix-diyarşünaslıq muzeyinə təhvil veriləcək. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO