Bakı metrosunda qatarlar niyə gecikib? – SƏBƏBİ açıqlandı

Bakı metrosunda qatarlar niyə gecikib? – SƏBƏBİ açıqlandı

Hazırda oxunan: Bakı metrosunda qatarlar niyə gecikib? – SƏBƏBİ açıqlandı

104228

Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub.

“Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub və hazırda gecikmə tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir. Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək”, - deyə B.Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO