Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
MÖVZU İLƏ BAĞLI:
Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub
"Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
Bizim.Media