Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub

Hazırda oxunan: Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub

104074

Bakıda, Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub.

Bizim.Media xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu oxu.az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, təəssüf ki, mövcud vəziyyətlə bir müddətdir ki mübarizə aparmağa çalışırlar:

“Bəli, həqiqətən də xəstəxananın ərazisində bu hadisələr baş verir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etmişik. Yəqin ki, bir tədbir görülər. Baş verənlər Mərkəzin bütün heyətini, pasiyentləri, bir sözlə hər kəsi narahat edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO