32 şəhid övladına aylıq müavinət ödənəcək - Həmkarlar İttifaqlarından QƏRAR 

32 şəhid övladına aylıq müavinət ödənəcək - Həmkarlar İttifaqlarından QƏRAR 

Hazırda oxunan: 32 şəhid övladına aylıq müavinət ödənəcək - Həmkarlar İttifaqlarından QƏRAR 

103875

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 32 şəhid övladına aylıq müavinət ödəyəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Konfederasiyanın İcraiyyə Komitəsinin noyabrın 11-də keçirilən iclasında qərar qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq


Qərara əsasən, bu il sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən həlak olmuş 18 şəhidin 32 övladı himayəyə götürülüb.

Belə ki, bir uşağı olan ailəyə uşaq 18 yaşına çatanadək hər ay 100 manat, iki və daha çox uşağı olan ailəyə uşaqları 18 yaşına çatanadək hər ay 200 manat məbləğində vəsait ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO