İşğaldan azad edilmiş Laçın, Cəbrayıl və Zəngilan rayonlarında "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə ağacəkmə aksiyaları təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, aksiya zamanı ETSN-in əməkdaşları tərəfindən Laçın şəhərində 1111 ağac, Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin layihə ərazisində 1111, eləcə də Zəngilan rayonunda 1111 Eldar şamı, Xan çinarı, həmişəyaşıl sərv tingləri əkilib.
Əkilən tinglər Meşə Təsərrüfatı mərkəzlərinin və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilib.
Həmçinin bildirilib ki, Zəngilan rayonunda keçirilən ağacəkmə aksiyasında Ağalı kəndinin sakinləri də iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:37 / 11.11.2022
Laçın, Cəbrayıl və Zəngilan YAŞILLAŞDIRILIR - FOTO
Hazırda oxunan: Laçın, Cəbrayıl və Zəngilan YAŞILLAŞDIRILIR - FOTO
Hazırda oxunan: Laçın, Cəbrayıl və Zəngilan YAŞILLAŞDIRILIR - FOTO
103873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.