Xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib

Xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib

Hazırda oxunan: Xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib

10383

2020-ci ildə xaricdə yaşayan bir neçə soydaşımızın ölüm xəbəri gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, istər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin ailə üzvlərindən əzizlərinin, yaxınlarının nəşinin vətənə gətirilməsi ilə bağlı komitəyə daxil olan hər bir müraciətə anında cavab verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fərman İsmayılovun cənazəsi Bakıya gətirildi - VİDEO


Bildiirilib ki, 2020-ci ildə Komitə və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib.

Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və  Rusiyada dünyasını dəyişən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb. 

Bu proses təkcə müəyyən vəsaitlərin ödənilməsi ilə müşayiət olunmur, burada cənazələri gətirən şəxslərin də ölkəyə gəlişinin təşkil edilməsi, bununla bağlı müvafiq qurumlarla danışıqların aparılması da vacibdir.

Komitə ötən il yaxınlarının nəşini Azərbaycana gətirən onlarla soydaşımızın heç bir çətinliklə qarşılaşmadan tez bir zamanda ölkəyə gəlməsi üçün lazım olan bütün addımları atıb.

Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, suda və qazdan boğulma, koronavirus infeksiyası, eləcə də bəzi digər xəstəliklər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO