Dağlıq Qarabağda rus sülhməramlılar üçün 60 yerlik daha bir modul tipli şəhərcik tikilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sülhməramlıların Qiyaməddinli kəndində yürüşü - FOTO
“Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağa yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırmaq məqsədilə Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri ən qısa müddətdə Xaçmaç məntəqəsində 60 yerlik modul tipli şəhərcik inşa etdilər”,- deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü qəsəbədir.
Bizim.Media