Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı: “Şikayətçi deyilik” - VİDEO

Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı: “Şikayətçi deyilik” - VİDEO

Hazırda oxunan: Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşı: “Şikayətçi deyilik” - VİDEO

103764

“Qardaşım İsgəndərlə saat beşə kimi bir yerdə evdə olmuşuq. Saat beşə qalmış idi qardaşıma dedim ki, səhər işə getməliyəm, dincəlməliyəm.

Qardaşım dostu ilə oturmuşdu, mən isə yatırdım. Qapının səsinə ayıldım. Gəldim ki, oğlan tək oturub. Dedi ki, Rəşad gəldi, İsgəndər oturdu getdi. Qardaşım ayağında başmaqla çıxıb gedib. Zəng vurdum, cavab vermədi. Rəşadı uşaqlıqdan tanıyıram, düşündüm ki, qayıdıb gələcək. Başımı qoyub yenidən yatdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyevin qardaşı İntiqam Mehtiyev “YouTube”da yayımlanan “AStar” verilişinə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” – Rəşad Dağlının məhkəmə ifadəsindən  


Mərhumun qardaşı sosial şəbəkələrdə İntiqamın “narkobaron” kimi qələmə verilməsinə də münasibət bildirib.

“Qardaşıma doqquz ay həbs cəzası vermişdilər. Sosial şəbəkələrdə qardaşımı “narkobaron” kimi qələmə verirlər. O həbsxanada doqquz ay yatıb. Xəstə və təqaüdçü adamdır. Ağzına gələnləri danışırlar. Allah heç kimin başına bunları gətirməsin. Qardaşım narkotik qəbul edir, satmır. Satana 9 ay həbs verirlər? İki dəfə həbs edilib, birinci 3 ilə yaxın olub. Subay idi. Əlində sənəti yox idi, fəhləlik edirdi. Bir də təqaüd alır. Başında isə travması var. On yaşından dövlətdə qeydiyyatdadır”, - deyə İ.Mehtiyev bildirib.

İ.Mehtiyev Rəşad Dağlıdan şikayətçi olmadıqlarını söyləyib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO