“Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” – Rəşad Dağlının məhkəmə ifadəsindən  

“Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” – Rəşad Dağlının məhkəmə ifadəsindən  

Hazırda oxunan: “Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” – Rəşad Dağlının məhkəmə ifadəsindən  

103702

Xəbər verdiyimiz kimi Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib. 

Bizim.Media xəbər verir ki, Rəşad Əmirov ifadə verərək, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı ifadə verdi - Özünü müdafiə edib - ÖZƏL


“Mənim maşınımda görüşdük. O, (red. İsgəndər Mehdiyevi nəzərdə tutur) qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”,- deyə meyxanaçı ifadəsində qeyd edib. 

Qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. 

Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO