Qubada Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarovanın vəziyyəti gecə saatlarında qəfil pisləşdiyindən Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu gün Quba RİH başçısı Ziyəddin Əliyev və müavinləri Quba rayon mərkəzi xəstəxanasına gələrək şəhid anası Nərgiz xanımla görüşüblər.
Ziyəddin Əliyev Şahin Allahyarovun anasına sağlamlıq arzulayıb, səhhəti ilə maraqlanıb. Rayon rəhbəri bu günlərdə həyat yoldaşı Hüseynbala kişini itirmiş şəhid anasına bir daha başsağlığı verərək dövlətin həmişə onun yanında olduğunu qeyd edib.
Qeyd edək ki, Nərgiz Allahyarova xəstəxanaya yüksək təzyiq, beyin-qan dövranının pozulması və işemik insult diaqnozları ilə çatdırılıb və hazırda intensiv müalicə edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:19 / 10.11.2022
Vətən Müharibəsi Qəhrəmanının anası Qubada xəstəxanaya yerləşdirildi - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanının anası Qubada xəstəxanaya yerləşdirildi - FOTO
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanının anası Qubada xəstəxanaya yerləşdirildi - FOTO
103648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.