Bu gündən peyvəndləmənin ikinci mərhələsi başlayır

Bu gündən peyvəndləmənin ikinci mərhələsi başlayır

Hazırda oxunan: Bu gündən peyvəndləmənin ikinci mərhələsi başlayır

10363

Bu gündən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsi başlayır.

Bizim.Media xəbər verir ki, bu mərhələdə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, həmçinin poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar. 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayıb. Bu prosesə ilk növbədə tibb işçiləri cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO