Rəşad Dağlı yenidən prokurorluğa gətirildi

Rəşad Dağlı yenidən prokurorluğa gətirildi

Hazırda oxunan: Rəşad Dağlı yenidən prokurorluğa gətirildi

103628

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğa gətirilib.

Bizim.Media xəbər verir ki, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı narkotik müayinəsindən keçirilib


Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Report.az-ın məlumatına görə, R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO