Məhşur xarici bloqerlərin Şuşada beynəlxalq düşərgəsi planlaşdırılır

Məhşur xarici bloqerlərin Şuşada beynəlxalq düşərgəsi planlaşdırılır

Hazırda oxunan: Məhşur xarici bloqerlərin Şuşada beynəlxalq düşərgəsi planlaşdırılır

103557

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu ilin 20-27 noyabr tarixlərində “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici bloqerin ölkəmizə səfəri planlaşdırılır.

Bizim.Media xəbər verir ki, ABŞ, Fransa, Rusiya, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edəcək bloqerlər Şuşa, eləcə də İsmayıllı və Şəki şəhərlərinə səfər edəcəklər.

Səfərin əsas məqsədlərindən biri Azərbaycan Respublikası prezidentinin bu ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq bloqerlərin Şuşa düşərgəsi) xarici bloqerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri  ilə tanış etmək, sonucda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Şuşa səfərində xarici ölkələri təmsil edən tanınmış bloqerlərə iki gün ərzində təlim keçiriləcəyi planlaşdırılır. Səfərin digər məqsədi isə Azərbaycanın görməli təbiət yerlərini və tarixi abidələrini dünyaya tanıtmaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən illər ərzində analoji tədbirlər uğurla həyata keçirilib.

Belə ki, “Show Me Azerbaijan”  layihəsi çərçivəsində 8 ölkədən 13 bloqer, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloqer işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlayıblar.

Bu reportajlara yeddi milyondan çox insan baxıb. Bu ilin sonuna qədər Qarabağla bağlı bloqerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO