“Azərqaz” öz problemini çözüb abonentlərə PROBLEM yaratdı - ŞİKAYƏT - FOTO/VİDEO

“Azərqaz” öz problemini çözüb abonentlərə PROBLEM yaratdı - ŞİKAYƏT - FOTO/VİDEO

Hazırda oxunan: “Azərqaz” öz problemini çözüb abonentlərə PROBLEM yaratdı - ŞİKAYƏT - FOTO/VİDEO

103475

“Azərqaz” bu kənddə yeni sayğaclar quraşdırıb, amma vəsait yükləmək problemə çevrilib. Səbəb isə çox sadədir, kənddə terminal yoxdur.

Söhbət Salyan rayonunun Yenikənd kəndindən gedir. 

Bizim.Media-nın Cənub bürosu Salyanın Yenikənd kəndindən xəbər verir ki, Salyan Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən kənddə qaz sayğacları dəyişdirilib.

Vaxtı bitmiş və borcu olan istifadəçilərin sayğacları açılaraq, yerinə smart tipli yeni nəsil sayğaclar quraşdırılıb.

Sakinlər də bəh-bəhlə mavi qazdan istifadə etməyə başlayıblar. Bayram Azəriqazın təqdim etdiyi 3 manatlıq kredit limiti bitənədək davam edib. Növbəti günlərdə isə istifadəçilər problemlə üz-üzə qalıblar. Və məlum olub ki, mavi qazın davamı üçün karta vəsait yükləmək lazımdır. Bunun üçünsə e-manat terminalı gərəkdir. Sakinlər deyir ki, kənddə e-manat terminalı olmadığı üçün onlar 25 kilometr məsafə qət edib rayon mərkəzinə getməlidirlər. Bunun üçün isə azı 5 manat vəsait xərcləməlidirlər.

Kənd sakini Ziya Nemətovun sözlərinə görə, o, həftənin 6 günü işdə olduğu üçün ailə üzvləri çətinliklə üzləşirlər. Çünki qaz bitdiyi zaman ailəsi onun işdən qayıtmasını gözləməli olurlar. Kənddə terminal quraşdırılsa uşaqdan-böyüyə hər kəs kartın balansını rahat artıra bilər.

Problemi çözmək üçün üz tutduq Salyan Regional Qaz İstismarı İdarəsinə. Qurumdan Bizim.Media-ya bildirdilər ki, smart tipli sayğaclar şəhid və qazi   ailələrinin mənzillərinə onların istəyi əsasında quraşdırılır:

“Digər abonentlərə isə borclarını nəzrə alaraq həmin borcları hissə-hissə odəməkləri üçün quraşdırılır. Terminal məsələsi isə bizə aid məsələ deyil, bu cür cihazları biz quraşdırmırıq. Sakinlərə məsləhət görərdik ki, əlaqədar təşkilatlara müraciət etsinlər”.

Qeyd edək ki,Yenikənd kəndində 1800 təsərrüfat mövcuddur və  kənd rayon mərkəzindən 22 kilometr məsafədə yerləşir.

Araşdırmamızı davam etdirəcəyik.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO