Siyəzəndə qəza törədən sürücülərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

Siyəzəndə qəza törədən sürücülərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

Hazırda oxunan: Siyəzəndə qəza törədən sürücülərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

103474

Siyəzəndə qəza törədən nəqliyyat vasitələrinin sürücülərinin kimliyi bəlli olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı sakini, 32 yaşlı Zaur Sultanovun idarə etdiyi "Vaz-2106" markalı avtomaşınla Binəqədi rayon sakini, 51 yaşlı Cavid Asif oğlu Hüseynovun idarə etdiyi "Opel Astra" markalı avtomobil toqquşub.

Nəticədə Zaur Sultanov və avtomobilindəki 3 sərnişin Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb. Zaur Sultanovun vəziyyətinin orta ağır olduğu, digər sərnişinlərin xəsarətinin yüngül olduğu deyilir.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

***

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində "Opel Astra" markalı avtomobillə "Jiquli-06" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, iki qadın və 10 yaşlı bir uşaq yaralanıb. 

Bizim.Media xəbər verir ki, yaralılar Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb.Yaralıların və sürücülərin kimliyi dəqiqləşdirilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO