İsmayıllıda ağır QƏZA - Ölən və yaralanan var

İsmayıllıda ağır QƏZA - Ölən və yaralanan var

Hazırda oxunan: İsmayıllıda ağır QƏZA - Ölən və yaralanan var

103450

İsmayıllıda avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini Dilqəm Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və Dürrə Hacıyevanı vurub. 

Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib. 

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO