Firuz Səxavət: “Ağdamın bərpasından sonra kəndimizdə yaşayacam” – FOTO

Firuz Səxavət: “Ağdamın bərpasından sonra kəndimizdə yaşayacam” – FOTO

Hazırda oxunan: Firuz Səxavət: “Ağdamın bərpasından sonra kəndimizdə yaşayacam” – FOTO

103353

Azərbaycanın bütün bölgələrində tarixi zəfər günü böyük təntənə ilə qeyd edilir. Böyük hissəsi uzun illər Ermənistan isğalında olmuş Ağdam rayonunda da zəfər günü qeyd olunub. Əvvəlki illərdən fərqli olaraq tribunaya çıxış üçün dəvət olunanlar öz nitqlərində Ağdamın azad edilməsi arzularını yox, artıq orada aparılan bərpa-quruculuq islərindən geniş söhbət açıblar. 

Mərasimdə, həmçinin tanınmış yerli sənət adamları da iştirak edib. Onlar doğma rayonları ilə bağlı gələcək fikirlərini özəl olaraq Bizim.Media-ya danışıb.

Respublikanın əməkdar artisti, xanəndə Firuz Səxavət Ağdamın bərpasından sonra doğma kəndinə dönüb orada yaşayacağını bildirir:

“Ağdam şəhəri qurulduqdan sonra əlbəttə doğma yurdumda yaşayacağam. İnanın ki, mümkün olsa indi gedib bir ev tikib qalaram kəndimizdə...” – deyir Firuz Səxavət.
Xanəndə, həmçinin mərhum qardaşı, ölkənin korifey xanəndəsi Səxavət Məmmədovla bağlı sualları cavablandırıb. O bildirib ki, Ağdam tam bərpa edildikdən sonra Səxavət Məmmədovun adının əbədiləşdirilməsi üçün müəyyən addımlar atacaq:

“Ümumilikdə bilirsiniz ki, Səxavət müharibə zamanı orduya silah-sursat baxımından maddi, həmçinin mənəvi də dəstək olub. Buna görə də icazə verilən zaman ilk olaraq onun məzarüstü abidəsini bərpa edəcəyik. Bundan sonra isə onun adının əbədiləşməsi üçün qanun çərçivəsində müəyyən təşəbbüslər irəli sürüləcək”, deyə Firuz Səxavət vurğulayıb.

Sənətçi öz növbəsində bütün azərbaycanlıları 8 noyabr - Zəfər günü münasibəti ilə təbrik edib. Şəhidlərin əziz xatirəsinə öz ehtiramını bildirib.
Digər tanınmış xanəndə Elnur Zeynalov da gələcəkdə Ağdam rayonuna köçəcəyini, hətta öz doğma kəndlərində ev tikəcəyini də bildirib:

“Öncə bütün xalqımızı zəfər günü münasibətilə təbrik edir, zəfərin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ailələrinə ehtiramımı bildirir, qazilərə şəfa diləyirəm. Çox şadam ki, biz artıq tam azad edilmiş Ağdam torpağında səhnəyə çıxırıq. Bu qürurlu hissdir. Bütün bunları bizə yaşadan Cənab Ali Baş Komandana uca Tanrıdan can sağlığı və üzün ömür arzulayıram.

O ki qaldı doğma yurda qayıdışa. Əlbəttə mən öz doğma yurduma qayıdacam. Bir şeyi də diqqətinizə çatdırmaq istəyirəm ki, əgər Dövlətimiz uyğun görsə, doğma kəndimizdə öz evimizi özüm tikdirə bilərəm”, - deyə Azərbaycan səhnəsinin “Məcnun”u Elnur Zeynalov bildirib.
Qeyd edək ki, hər iki sənətçi bu gün Ağdam Muğam Mərkəzində təşkil olunmuş konsert proqramında iştirak edib. Onların ifaları yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO