Qaxda 2 avtomobil toqquşdu – XƏSARƏT ALAN VAR

Qaxda 2 avtomobil toqquşdu – XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Qaxda 2 avtomobil toqquşdu – XƏSARƏT ALAN VAR

103290

Ötən axşam Qax rayonu ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Yevlax-Zaqatala Gürgüstan magistralının Qax rayon ərazisindən keçən hissəsində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 27 yaşlı Baydarlı kənd sakini Orxan Əliyevin idarə etdiyi minik avtomobili Marsan kənd sakini, 44 yaşlı Nəzir Məmmədovun idarət etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində Orxan Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sürücünün həyatına təhlükə olmasa da vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb. Qəzanın hansı sürücünün səhvi üzündən baş verməsi araşdırmalardan sonra bəlli olacaq.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO