Noyabrın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakının ən böyük ticarət mərkəzlərindən olan “Gənclik Mall”da şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub.
Lövhənin yanında Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri mənsubunun maketi qoyulub. Bundan başqa, Müdafiə Nazirliyi aksiyada iki nəfər hərbçinin iştirakını da təmin edib. Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak ediblər.
Ticarət mərkəzinə gələnlər, xüsusilə, uşaqlar aksiyaya böyük maraq göstərir, lövhənin önündə, qəhrəman Ordumuzun əsgərləri ilə şəkil çəkdiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:55 / 08.11.2022
Paytaxtda “Zəfər arzuları” adlı sosial aksiya - FOTO
Hazırda oxunan: Paytaxtda “Zəfər arzuları” adlı sosial aksiya - FOTO
Hazırda oxunan: Paytaxtda “Zəfər arzuları” adlı sosial aksiya - FOTO
103264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.