Şimal bölgəsinin havası turistlərin təəccübünə səbəb oldu – VİDEO   

Şimal bölgəsinin havası turistlərin təəccübünə səbəb oldu – VİDEO   

Hazırda oxunan: Şimal bölgəsinin havası turistlərin təəccübünə səbəb oldu – VİDEO   

103178

Şimal bölgəsində mövsüm üçün xarakterik, turislərin isə təəccübünə səbəb olan hava şəraiti müşahidə olunur. 

Bizim.Media-nın regional bürosunun məlumatına görə, noyabrın 6-da Quba və Qusarın dağ kəndlərinə qar yağıb, havanın temperaturu -5 dərəcəyə qədər enib. 

Bu gün isə tam əksinə, dağ kəndlərində günəşli hava müşahidə olunur.  

Qusarın Ləzə, Qubanınsa Xınalıq kimi kəndlərinin sakinlərinin sözlərinə görə, belə hava bölgə üçün xarakterikdir: 

“Bu bir növ qar və günəşin vəhdəti kimi təbiətin sürprizi hesab edilə bilər. Belə hava şəraiti dağ kəndlərinin sakinləri üçün normaldır. Çünki oktyabr ayının 15-dən sonra qar yağışı və günəşli hava bir-birini daimi olaraq əvəz edir. Bura gələn turistlər üçün isə vəziyyət sürpriz kimi qəbul edilə bilər”, - deyə yerli sakinlər bildirib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO