Toy günündə qəzada ölən 18 yaşlı qızın  meyiti ailəsinə təhvil verildi - YENİLƏNİB 

Toy günündə qəzada ölən 18 yaşlı qızın  meyiti ailəsinə təhvil verildi - YENİLƏNİB 

Hazırda oxunan: Toy günündə qəzada ölən 18 yaşlı qızın  meyiti ailəsinə təhvil verildi - YENİLƏNİB 

103155

Yevlaxda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində daha bir qadının öldüyü məlum olub. 

Bizim.Media "Report.az"ın verdiyi məlumata istinadən xəbər verir ki, kanala düşən BMW markalı avtomobilin içərisində olan sərnişinlərdən biri Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, G.Hüseynova bu gün toya hazırlaşan Nuranə Hüseynovanın qohumudur. 

09.52

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb. 

Bizim.Media “report.az” istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. 

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib. 

Onların meyiti tibbi ekspertizaya aparılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO