Şəmkirdə yol polisini bıçaqlamaq istəyən sürücü saxlanıldı - DİN

Şəmkirdə yol polisini bıçaqlamaq istəyən sürücü saxlanıldı - DİN

Hazırda oxunan: Şəmkirdə yol polisini bıçaqlamaq istəyən sürücü saxlanıldı - DİN

103078

Noyabr ayının 6-da axşam saatlarında Şəmkir rayon Çinarlı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil, işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən sürücüyə saxla işarəsi verilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb.

Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hüseynov cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. 
Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək, saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib. 

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO