Bir müddət əvvəl Quba və Qusar rayonlarının dağlarına yağan qar indi də dağlıq kəndlərdə müşahidə edilib. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə təxminən 10 dərəcə aşağı düşüb.
Bizim.Media-nın Quba ərazi hidrometerologiya müəsssisəsindən əldə etdiyi məlumata görə, bu gün səhər Qubanın Qrız kəndində qarın hündürlüyü 11 sm təşkil edib.
Bu kənddə ən soyuq hava qeydə alınıb, burada 5-6 dərəcə şaxta müşahidə edilib.
Qubanın Dalıqaya kənd sakini Şahin İsmixanovun Bizim.Media-ya verdiyi məlumata görə, kəndə 10 sm qar yağıb.
Rayonun Xınalıq, Bostankeş, Xaltan, Qusarın Ləzə, Urva, Kuzun kəndlərinə, Şahdağ turizm mərkəzinə də qar yağıb.
Hazırda qarın yağması bəzi ərazilərdə davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu