Bakıda ikimərtəbəli evdə yanğın oldu

Bakıda ikimərtəbəli evdə yanğın oldu

Hazırda oxunan: Bakıda ikimərtəbəli evdə yanğın oldu

103045

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 250 m² (1-ci mərtəbəsi 160 m², 2-ci mərtəbəsi 90 m² ) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü Bizim.Media-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Gəncə şəhərində inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 50 m² olan daş sexinin içərisində 300 ədəd plastik qəlib və 1 ədəd dəzgah yanıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO