Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 05.11.2022
DİN-dən bayram günləri ilə bağlı vətəndaşlara MÜRACİƏT
Hazırda oxunan: DİN-dən bayram günləri ilə bağlı vətəndaşlara MÜRACİƏT
Hazırda oxunan: DİN-dən bayram günləri ilə bağlı vətəndaşlara MÜRACİƏT
103001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.