Bu gün saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki,"Tik-Tok" sosial şəbəkəsində 12-14 sentyabr hadisələri ilə bağlı dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.
Belə ki, həmin tarixlərdə Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:22 / 05.11.2022
"Tik-Tok" istifadəçilərinə ŞAD XƏBƏR – Məhdudiyyət aradan qaldırıldı
Hazırda oxunan: "Tik-Tok" istifadəçilərinə ŞAD XƏBƏR – Məhdudiyyət aradan qaldırıldı
Hazırda oxunan: "Tik-Tok" istifadəçilərinə ŞAD XƏBƏR – Məhdudiyyət aradan qaldırıldı
103000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.