AZAL-a yeni birinci vitse-prezident təyin edildi - FOTO

AZAL-a yeni birinci vitse-prezident təyin edildi - FOTO

Hazırda oxunan: AZAL-a yeni birinci vitse-prezident təyin edildi - FOTO

102958

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I vitse-prezidenti təyin edilib. 

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir. 
Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir. 

İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO