Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
![Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutuldu Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutuldu](https://bizim.media/file/articles/2022/11/05/1667630394_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:36 / 05.11.2022
Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutuldu
Hazırda oxunan: Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutuldu
Hazırda oxunan: Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutuldu
102933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.