Zaqatalada içki məclisi QANLA bitib – Ölən var 

Zaqatalada içki məclisi QANLA bitib – Ölən var 

Hazırda oxunan: Zaqatalada içki məclisi QANLA bitib – Ölən var 

102881

Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala rayon prokurorluğunun məlumatında bildirilib.

Məlumata görə, noyabrın 04-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO