Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində respublikanın avtovağzal və avtostansiyaları noyabrın 6-dan 9-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməsi, təsdiq olunmuş hərəkət qrafiklərinə ciddi riayət etməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə etmək olar. Vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:27 / 04.11.2022
Bayramda avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – İş qrafiki DƏYİŞDİ
Hazırda oxunan: Bayramda avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – İş qrafiki DƏYİŞDİ
Hazırda oxunan: Bayramda avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ – İş qrafiki DƏYİŞDİ
102877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.