14 yaşlı qızın sabah olacaq toyunun qarşısı ALINDI 

14 yaşlı qızın sabah olacaq toyunun qarşısı ALINDI 

Hazırda oxunan: 14 yaşlı qızın sabah olacaq toyunun qarşısı ALINDI 

102846

Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın sabah olacaq toyun qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə Göyçay Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət əsasında məsələ araşdırılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda ərə verilən 14 yaşlı qızın ANASI: “Hamınız barədə ölçü götürəcəm” - ÖZƏL


“İcra hakimiyyətinin müvafiq komissiyası və Göyçay Polis şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktı araşdırıldı və təsdiqini tapdı. Hal hazırda ailə polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılır. Əlbəttə yenə bu cahil ailə buna toy yox, nişan adı qoyub, lakin bu belə deyildi.

Bu toy idi, sabah qızı evliliyə Ağsuda  qovuşduracaqdılar. Hansı maşında aparılacaqdı, o da məlum idi. Əsas məqsədimiz bu izdivacın dayandırılması, evlilik yaş həddinə qədər bunun cinayət olmasını bir daha diqqətə çatdırmaqdır”.
Xatırladaq ki, ərə veriləcək olan qız Göyçay rayonu Çərəkə kənd sakini, 10-cu sinif şagirdidir və ailəsi tərəfindən təhsildən yayındırılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO