Gəncədə 14 yaşlı yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzində, 28 may küçəsində, Kristal şadlıq sarayının qarşısında yolu keçmək istəyən Türkiyə vətəndaşı, 2008-ci il təvəllüdlü Z.İlknuru naməlum maşın vurub.
Zərərçəkən kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, yetiyetmənin vəziyyətinin stabil olduğu bildirilir.
Avtomobili idarə edən şəxs hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam etdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:28 / 04.11.2022
Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçdı
Hazırda oxunan: Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçdı
Hazırda oxunan: Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçdı
102795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.