"Füzulidə hədəf "Ağıllı şəhər" modelinin qurulmasıdır" – RƏSMİ 

Hazırda oxunan: "Füzulidə hədəf "Ağıllı şəhər" modelinin qurulmasıdır" – RƏSMİ 

102791

"Füzuli şəhərinin planlaşdırılması ilə bağlı əsas hədəflər dayanıqlı inkişaf, "Ağıllı şəhər" modelinin qurulmasıdır".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

"Şəhərin mərkəzi hissəsində "Blue Zone" yanaşmalarının tətbiqi nəzərdə tutulub. Bu, planlaşdırmada yeni bir istiqamət kimi nəzərdən keçirilir. Mütəxəssislər şəhər ərazilərində uzun ömürlülüyü araşdırır, onun meyarlarını müəyyən edir və bunlar əsasında planlaşdırmalar həyata keçirir. Füzuli şəhərinin mərkəzi hissəsinə bunu tətbiq edə bilərik", - deyə o, qeyd edib.

İ.İsbatov bildirib ki, Füzuli şəhərinin Baş Planında dəmir yolu və avtovağzal əraziləri də nəzərdən keçirilib: 

"Füzulidə Zəfər yolundan başqa Füzuli-Şuşa dəmir yolu xətti də keçəcək ".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO