Gəncədə Nizami Gəncəviyə qarşı kobud səhv – FOTOFAKT

Gəncədə Nizami Gəncəviyə qarşı kobud səhv – FOTOFAKT

Hazırda oxunan: Gəncədə Nizami Gəncəviyə qarşı kobud səhv – FOTOFAKT

10276

Gəncə şəhərinin küçələrinin birində asılan lövhədə Nizami Gəncəvinin doğum ili səhv göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Əsgərə dəstək” kampaniyasının təşkilatçısı, “Cavad Xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənov öz “Facebook” səhifəsində məlumat verib. Belə ki, reklam lövhəsində dahi ədibin yaşı 870 göstərilib.

Xatırladaq ki, şair Nizami Gəncəvi 1141-ci ildə anadan olub. Bu il Azərbaycanda ədibin 880 yaşı qeyd olunur.

Bununla bağlı Prezident İlham Əliyev ölkədə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Foto sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Onlar bunun kobud səhv olduğunu, aidiyyatı qurumların fəaliyyətsizliyindən irəli gəldiyini qeyd ediblər.

Sözügedın fotonu təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO